"Müxalifət tamamilə gözdən salınıb" - İrakli Kobaxidze
Gürcüstanda müxalifət dəstəyini itirib və ölkədə inqilab təşkil etməyə resursları yoxdur.
Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində bildirib.
“Əlbəttə, bu adamların (müxalifətin - red.) heç bir uğur əldə etmək üçün heç bir resursu yoxdur, hətta bu gün müxalifət tamamilə gözdən salınıb. Müxalifətin ümumi reytinqi 2021-ci il yerli hökumət seçkiləri günündəkinin yarısıdır. Ona görə də inqilab və buna bənzər proseslər istisna edilir”, - Kobaxidze bildirib.
Onun sözlərinə görə, Gürcüstanda son günlər etirazlar klassik və çoxdan öyrənilmiş ssenari üzrə baş verib, o zaman ki, güllər və digər simvollar etirazlar zamanı ortaya çıxan “zorakılıq impulslarını kəsmək” üçün istifadə olunur.
T.İSMAYIL