ABŞ-də üç polis atışmada öldürüldü

 07:34 30.04.2024     240

ABŞ-nin Şimali Karolina ştatının Şarlotta şəhərində baş verən atışma nəticəsində azı 3 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, 5-i yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Qeyd olunub ki, xəsarət alan polislərdən birinin vəziyyəti ağırdır.

“CBS News”un məlumatına əsasən, atışmada şübhəli bilinənlərdən biri ölü tapılıb.

Vumart və Güvən reklamı Vumart Güvən