Beş gündə 37,3 milyard dollar QAZANDI

 09:15 30.04.2024     278

Son beş gündə “Tesla” və “SpaceX” şirkətlərinin, həmçinin “Twitter”in sahibi İlon Maskın sərvəti 37,3 milyard dollar artıb.

Redaktor.az xəbər verir ki, bunu “Bloomberg Billionaires Index”in məlumatı göstərir.

Bu, onun sərvətində 2022-ci ilin mart ayının əvvəlindən bəri ən böyük həftəlik artımdır.

Çin texnologiya şirkəti “Baidu” ilə mümkün əməkdaşlıq xəbərləri “Tesla”nın səhmlərini artırıb.

Təkcə aprelin 29-da İlon Maskın sərvəti 18,5 milyard dollar artaraq 201,5 milyard dollara çatıb.

Həmin gün “Tesla”nın səhmləri 17,76% bahalaşıb.