Rusiya Ukraynanı Koreya raketləri ilə vurur?
Qərb mediasında Ukraynaya dəvət edilən ekspertlərin Şimali Koreya raketlərinin Xarkovu vurması barədə hesabatı ortaya çıxıb.
Redaktor.az “mk.ru”ya istinadla bildirir ki, Rusiyanın BMT-dəki nümayəndəsi bu xəbəri təkzib edib:
“Hesabatın maliyyə, ümumi məsələlər və nüvə proqramı üzrə ixtisaslaşmış üç ekspert tərəfindən tərtib edildiyi iddia edilir. Lakin ayrı-ayrı ekspertlər tərəfindən hazırlanan bu hesabat forması BMT daxilində mövcud deyil. Mütəxəssislər öz şəxsi fikirlərini ifadə edə bilərlər, lakin sonradan bunu BMT ekspertizasına çevirmək olmaz”.
Qeyd edək ki, “Reuters” daha əvvəl hesabatın BMT Təhlükəsizlik Şurasının sanksiyalar komitəsinə təqdim edildiyini bildirib. İddiaaya görə, 2024-cü il yanvarın 2-də Xarkovda düşən raketin parçaları KXDR-ə məxsus "Hwasong-11" raketinə aiddir. Lakin bu bəyanatlar müstəqil və mövzu üzrə ekspertlər tərəfindən təsdiqini tapmayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov artıq öz mövqeyini ifadə edərək, Vaşinqtonun KXDR-in Rusiyaya hərbi yardım göstərməsi ilə bağlı iddialarını şayiələr adlandırıb. Onun bəyanatı təsdiq edir ki, Rusiyanın bu insidentlə heç bir əlaqəsi yoxdur və hərbi məsələlərdə KXDR-dən dəstək almır.
Sultan AYXAN