Estoniyanın ukraynalı kişilərə “yazığı gəldi”...

 12:17 30.04.2024     308

Estoniyanın Daxili İşlər Nazirliyinin Vətəndaşlıq və Miqrasiya Siyasəti Departamentinin müşaviri Anneli Viks bildirib ki, artıq ukraynalı kişilər hərbi xidmət üçün öz vətənlərinə deportasiya olunmayacaqlar.

Redaktor.az xəbər verir ki, o, səfərbərliyin dövlətin özünün və vətəndaşlarının işi olduğunu vurğulayıb.

“Daxili İşlər Nazirliyinin məcburi departasiya planı yoxdur”,- deyən Viks əlavə edib ki, söhbət Estoniyada qanuni yaşayan Ukrayna vətəndaşlarından gedir. 

Onun sözlərinə görə, sənəd müddəti bitmiş ukraynalılar da burada yaşamağa davam edə biləcəklər, lakin başqa ölkələrə gedə bilməyəcəklər.

Sultan AYXAN