Məhkəmə Trampı 11 min dollar CƏRİMƏLƏDİ
Nyu-York məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampı prosesin bütün tərəflərinə porno aktrisa Stormi Danielsə (əsl adı Stefani Klifford) ödəmə ilə bağlı iş üzrə şərhlər dərc etməyi qadağan edən qərarı pozduğuna görə 9 min dollar cərimələyib.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Tramp “Truth Social” sosial şəbəkəsindəki yazılarına görə cərimələnib. Qeyd edilib ki, Tramp qadağanı doqquz dəfə pozub və tələb olunur ki, bu “təhqiredici nəşrlər” "Truth" sosial şəbəkəsindən və seçki kampaniyasının internet səhifəsindən silinsin.
Agentliyin məlumatına görə, Tramp məhkəməyə hörmətsizlik etdiyinə görə də 2000 dollar cərimə olunub.
Nyu York məhkəməsi Trampa qarşı biznes sənədlərinin saxtalaşdırılması ilə bağlı işə baxır. ABŞ-nin keçmiş prezidentinə qarşı istintaqa səbəb 2018-ci ilin yanvarında “The Wall Street Journal”ın nəşri olub. Onun sözlərinə görə, respublikaçı 2016-cı ildə prezident seçkilərində qalib gəlməzdən bir ay əvvəl onun vəkili Maykl Koen porno aktrisa Stormi Danielsə təxminən 10 il əvvəl Trampla münasibətləri barədə məlumat yaymaması üçün 130 min dollar ödəyib.
T.İSMAYIL