Fransada məhbusların sayı rekord həddə çatdı

 19:25 30.04.2024     218

Fransa həbsxanalarındakı məhbusların sayı rekord qıraraq 77 min nəfəri keçib.

Redaktor.az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) respublikanın Ədliyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.

Aprelin 1-də 77 450 nəfər həbsdə olub ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 4 370 nəfər çoxdur. Bu, Fransa tarixində ən çox məhbus sayıdır.

Bəzi həbsxanalar 200% doludur. Yerin olmaması, həmçinin döşəklərdə yerdə yatmağa məcbur olan insanların sayının kəskin artmasına, 2023-cü ilin aprelində 2151-dən 3307-yə qədər artmasına səbəb olub.

Yusif EYVAZLI