Bu ölkə Ukraynaya əlavə olaraq 630 milyon dollar ayıracaq

 21:44 30.04.2024     228

Bu il Norveç hökuməti krallığın büdcəsindən Ukraynaya 7 milyard kron (indiki məzənnə ilə 632 milyon dollar) məbləğində əlavə yardım ayıracaq.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Norveçin baş naziri Yonas Qahr Stör məlumat verib.

Ayrılan məbləğdən 6 milyard kron (540 milyon dollar) ölkəyə hərbi yardım göstərmək üçün nəzərdə tutulubş Pulun qalan hissəsi humanitar və vətəndaş proqramlarının maliyyələşdirilməsinə gedəcək. Beləliklə, Norveç hökumətinin bu il Ukraynaya yardım üçün ayırdığı ümumi məbləğ 22 milyard krona (1,98 milyard dollar) çatıb.

Yusif EYVAZLI