ABŞ İsraildən Rafahın dinc sakinlərini xilas etmək planını almayıb - Dövlət Departamenti

 22:37 30.04.2024     211

Birləşmiş Ştatlar hələ də Qəzza zolağının uzaq cənubunda yerləşən Rəfahda mülki insanları qorumaq üçün İsraildən plan almayıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib.

"Biz müxtəlif problemləri həll etmək üçün etibarlı bir plan görmədik", - deyə Patel bildirib.

Lakin Patel İsrailin ABŞ-yə plan təqdim etməsi üçün prinsipcə belə bir razılaşmanın olub-olmaması sualına da cavab verməkdən imtina edib.

Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Rəfahdakı hərbi əməliyyatın İsrail hakimiyyəti tərəfindən həyata keçiriləcəyi təqdirdə, Yaxın Şərq münaqişəsinin təhlükəli eskalasiyası olacağını və bütün region üçün ciddi nəticələrə səbəb olacağını bildirmişdi.

O, İsrail üzərində nüfuzu olan hər kəsi İsrail ordusunun Rəfahdakı əməliyyatının qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çağırıb.

T.İSMAYIL