Xüsusi təyinatlılar Tbilisidə aksiyanı dağıtmağa başladı

 23:35 30.04.2024     239

Xüsusi təyinatlılar, eləcə də polis qüvvələri Tbilisidə parlament binası yaxınlığında nümayişçiləri dağıtmağa başlayıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, etirazçıların kütləvi həbsləri başlayıb. Polisə şüşə və digər əşyalar atılır.

Mitinq iştirakçıları isə qurulmuş səhnədə siyasi bəyanatlar verməkdən əl çəkəcəklərini bəyan ediblər.

Xüsusi təyinatlılar nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları parlamentin xidməti girişinə toplaşan etirazçıları sıxışdırıb çıxara biliblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları parlamentin xidməti girişinə aparan 9 aprel küçəsini tamamilə zəbt ediblər.

T.İSMAYIL