Qərb Kiyevi bütün silahlarla təmin etmək niyyətindədir - Pentaqon
Kollektiv Qərb ölkələri Ukraynaya təkcə F-16 qırıcı-bombardmançılarını deyil, həm də onlar üçün bütün silah dəstini təhvil verməyə hazırlaşır.
Redaktor.az xəbər verir ki, bunu ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun da təsdiqləyib.
“Ukrayna üçün söhbət təkcə F-16 təyyarələrindən deyil, həm də pilotların hazırlanmasından, xidmət personalının hazırlanmasından, həmçinin Kiyevin daxil olduğu silah sistemlərinə zəmanət verilməsindən gedir”, - o deyib.
“Bu, təkcə Kiyevin]bu təyyarələrdən istifadəsinə dair deyil, həm də onların bütün potensialına çatmaq üçün apardığımız dialoqdur”, - Braun vurğulayıb. O, Ukraynaya silah tədarükünün koordinasiyası ilə bağlı Qərb Əlaqə Qrupu çərçivəsində müzakirələrə istinad etdiyini qeyd edib.
T.İSMAYIL