Türkiyə qoşunu İraqa girəcək
Türkiyə ordusu Bağdad hökumətinin və İraq Kürdüstanı administrasiyasının dəstəyi olmadan İraqın şimalında PKK-ya qarşı sərhədyanı əməliyyat keçirəcək.
Redaktor.az "Hürriyet"ə istinadən xəbər verir ki, hazırlıqlar tam sürətlə gedir və hər an əməliyyat başlaya bilər.
Qəzet yazır ki, məqsəd 30-40 km enində təhlükəsizlik zonası yaratmaq və iki ölkə arasında bütün 378 km sərhəd boyunca nəzarəti təmin etməkdir.
Nəşrin məlumatına görə, əməliyyata hazırlıq tam sürətlə gedir, Türkiyə hərbçilərinin müvəqqəti bazaları gücləndirilir, yeniləri yaradılır. Bəzi əməliyyat planlarına yenidən baxılıb.
Humay İSGƏNDƏRLİ