Avropa Komissiyasında ikili standartlar görünür - Şarl Mişel

 10:13 01.05.2024     207

Avropa Şurasının prezidenti Şarl Mişel hesab edir ki, bəzən Brüsseldə üzv dövlətlər arasında qərarların qəbulunda ikili standartlar mövcud olur.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, siyasətçi bu haqda  İspaniyanın "El Mundo" qəzetinə verdiyi müsahibədə danışıb.

Mişelin fikrincə, Avropa Komissiyası siyasiləşmiş qurum ola bilməz, o, neytrallığa və obyektivliyə hörmət etməlidir. Onun sözlərinə görə, əgər 20 il əvvəl bir sıra ölkələr Aİ-yə daxil olmasaydı, bu dövlətlərdə “yeni dəmir pərdə” yaranacaqdı.

Avropa Şurasının rəhbərinin sözlərinə görə, Aİ-nin növbəti genişlənməsi tarixi bir an olacaq.

Humay İSGƏNDƏRLİ