Türkiyə və Rusiya Sinop nüvə stansiyası üçün tərəfdaşlıq edəcək?

 11:10 01.05.2024     173

Ankara Moskva ilə Qara dənizin Sinop vilayətində atom elektrik stansiyasının tikintisi üçün mümkün tərəfdaşlıq modelini müzakirə edir.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar məlumat verib.

“Sabah” qəzetinə müsahibə verən nazir  deyib ki, “Rusiya və Cənubi Koreya Sinopda tikməyi planlaşdırdığımız atom elektrik stansiyasına maraq göstərirlər".

Türkiyənin Energetika Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, Çin Türkiyənin Avropa hissəsində (Frakiyada) ölkənin üçüncü atom elektrik stansiyasının tikintisinə ciddi maraq göstərir.

“Biz müəyyən mərhələdəyik, məqsədimiz yaxın bir neçə ay ərzində hökumətlərarası sazişi yekunlaşdırmağa nail olmaqdır”, - deyə Bayraktar bildirib.

Humay İSGƏNDƏRLİ