İsrail ordusu Qəzzaya hava zərbələri endirdi

 14:02 01.05.2024     191

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Qəzza zolağında fələstinli radikalların hədəflərinə bir sıra yeni hücumlar həyata keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, vurulan hədəflər arasında silah anbarları, hərbi binalar, raket və minaatanlar olub. Ordunun bildirdiyinə görə, hücumlar radikal Fələstin qrupları HƏMAS və İslami Cihadın istifadə etdiyi obyektləri hədəf alıb.

"Bundan əlavə, döyüş təyyarələri quru qoşunları ilə koordinasiyada İsrail ordusuna atəş açan silahlı fələstinli radikallara hücum edib", - mətbuat xidməti bildirib.

T.İSMAYIL