Şoyqu müharibə ilə bağlı yeni göstəriş verdi
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Birgə Qüvvələr Qrupunun qərargahında müşavirə keçirib.
Redaktor.az xəbər verir ki, müşavirədə nazir müharibədəki vəziyyətlə bağlı məruzələri dinləyib.
Nazirə düşmən PUA-ları ilə döyüşmək üçün modernləşdirilmiş silahlar təqdim edilib.
Şoyqu silah və məhvetmə vasitələrinin tədarükünü artırmağa, həmçinin hərbi texnikanın mühərrikləri, aqreqatları və komponentlərinin təmir müddətinin azaldılmasına çağırıb.
"Hücumun tələb olunan tempini saxlamaq və qoşun qruplarının döyüş gücünün artırılmasını təmin etmək üçün verilən silahların, hərbi texnikanın həcmini və keyfiyyətini artırmaq lazımdır" .
Sergey Şoyqu texnika və silahların operativ təmiri üçün ehtiyat hissələrinin və komponentlərinin dövriyyə vəsaitlərinin artırılması barədə göstəriş verib.