Ermənistanda yeniyetmə oğlan minaya düşdü

 18:14 01.05.2024     257

Ermənistanın Sünik rayonunda 14 yaşlı uşaq tarlada ot yığan zaman minanın partlaması nəticəsində xəsarət alıb.

Redaktor.az "shamshyan.com"a istinadla xəbər verir ki, hadisə Sisian şəhərində baş verib. Oğlan döş qəfəsindən, üzündən və sol qolundan xəsarət alıb.

Hadisə ilə bağlı məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər və bildiriblər ki, oğlan çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Sisian tibb mərkəzindən bildiriblər ki, gəncin vəziyyəti stabildir. O, əməliyyat otağındadır.

T.İSMAYIL