Qəzzaya yardım çatdırmaq üçün həmin keçid məntəqəsi AÇILDI

 20:59 01.05.2024     220

Qəzza zolağı ilə sərhəddə yerləşən İsrailin Erez keçid məntəqəsi Fələstin anklavına humanitar yardım çatdırmaq üçün yenidən açılıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Nəzarət-keçid məntəqəsi 2023-cü il oktyabrın 7-dən fəaliyyət göstərmir.

Ordunun məlumatına görə, zədələnmiş keçid məntəqəsi mühəndis qoşunları tərəfindən bərpa edilib. O, Qəzza zolağına çatdırılan yardımın həcmini artırmaq üçün İsrail hakimiyyətinin göstərişi ilə işi bərpa edib.

Gün ərzində oradan İordaniyadan humanitar yük daşıyan 30 yük maşını keçib.

Yusif EYVAZLI