Bayden onları otellərdə yerləşdirmək üçün milyardlar xərcləyir - Tramp

 23:47 01.05.2024     209

ABŞ Prezidenti Co Baydenin administrasiyası qeyri-qanuni miqrantların yerləşdirilməsi üçün milyardlarla dollar xərcləyir, lakin ABŞ ordusunu vecinə almır.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu fikirləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

"Co milyardlarla dollarları qeyri-qanunilər üçün otel otaqlarına xərcləyir, fikirləşin, otel otaqları, Nyu-Yorkda və digər şəhərlərdə qeyri-qanuni adamlar üçün lüks otel otaqları. Və buna baxmayaraq, bizim əsgərlərimiz, veteranlarımız küçələrdə uzanıb, onlara qayğı göstərilmir", - deyə o, Viskonsin ştatındakı tərəfdarlarına bildirib.

Daha əvvəl Tramp bildirib ki, Baydenin siyasəti ölkədə qeyri-qanuni miqrantların sayının 15 milyona yüksəlməsinə səbəb olub.

Xatırladaq ki, qeyri-qanuni miqrasiya ilə bağlı vəziyyət bir neçə ildir ki, cənub ştatları ilə federal hökumət arasında mübahisə mövzusudur. Ən gərgin vəziyyət Texas ştatında yaranıb, onun qubernatoru Qreq Ebbot qeyri-qanuni miqrasiyaya qarşı sərt mübarizənin tərəfdarıdır və bu məsələdə indiki Amerika administrasiyasının siyasətinə ziddir. 

T.İSMAYIL