Güclü daşqınlar 10 nəfərin həyatına son qoydu
Braziliyanın Rio Grande do Sul əyalətində güclü daşqınlar nəticəsində 10 nəfər ölüb, daha 21 nəfər itkin düşüb.
Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları vəziyyətin daha da pisləşə biləcəyini xəbərdar edib.
Braziliya prezidenti Luiz İnasio Lula da Silva daşqınlardan zərər çəkmiş ərazilərə bütün mövcud federal yardımı göndərmək xahişi ilə müraciət edib.
Humay İSGƏNDƏRLİ