Universitetdə baş verən qarşıdurmada 15 nəfər yaralandı

 09:57 02.05.2024     151

Los-Ancelesdəki Kaliforniya Universitetində fələstinlilərlə İsrail tərəfdarları arasında toqquşma zamanı ən azı 15 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Portalın məlumatına görə, toqquşma iştirakçılarından biri xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, ötən gün Kaliforniya Universitetinin şəhərciyində bir qrup insan İsrail bayraqları ilə Fələstin tərəfdarı etirazçıların düşərgəsinə daxil olub.

ABŞ polisi Amerika universitetlərinin ərazisində keçirilən Fələstini dəstəkləyən nümayişlərdə 900-dən çox adamı həbs edib. 

Humay İSGƏNDƏRLİ