Ərəb nazir İsrail müxalifətinin lideri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan İsrailin keçmiş baş naziri, parlament müxalifətinin lideri və Yeş Atid partiyasının rəhbəri Yair Lapid ilə görüşüb.
Redaktor.az-ın məlumatına görə, BƏƏ Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda deyilir ki, tərəflər “bölgədə baş verən son hadisələri, o cümlədən Qəzza zolağında pisləşən humanitar böhranı müzakirə ediblər”. BƏƏ xarici işlər naziri Fələstin-İsrail münaqişəsinin iki dövlətin yaradılması əsasında həlli məqsədilə danışıqların bərpası üçün imkanların tapılmasının vacibliyini qeyd edib. O, həmçinin Qəzza zolağında atəşkəs rejiminin tətbiqinə yönəlmiş səylərin vacibliyini vurğulayıb.
T.İSMAYIL