Estoniya Rusiyanı ittiham etdi

 15:13 02.05.2024     214

Estoniya yenidən Rusiyanı Baltikyanı regionda GPS siqnalını pozmaqda ittiham edib.

Redaktor.az xəbər verir ki, “Bild” nəşri bu barədə respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Marqus Tsahknın sözlərinə istinadən məlumat yayıb.

Nazir bildirib ki, bu problem Estoniya, Latviya, Litva, Finlandiya, Norveç, İsveç və Polşaya aiddir. 

Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Rusiya digər ölkələr kimi GPS sisteminin işinə müdaxilənin qarşısının alınmasına dair konvensiyanın iştirakçısıdır. Bununla belə, onun sözlərinə görə, müdaxilənin Sankt-Peterburq, Pskov və Kalininqrad bölgələrindən gəldiyinə dair çoxlu sübutlar var.

Humay İSGƏNDƏRLİ