Qırğızıstan vətəndaşlarına Rusiyaya getməmək tövsiyyə edildi

 18:09 02.05.2024     178

Qırğızıstan Xarici İşlər Nazirliyi vətəndaşlara müvəqqəti olaraq Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Nazirlik Rusiya Federasiyasına səfər etmək üçün üzrlü səbəbləri olmayan vətəndaşlara əvvəllər tətbiq edilmiş əlavə təhlükəsizlik tədbirləri və dövlət sərhədindən girişə gücləndirilmiş nəzarət rejimi ləğv edilənə qədər ora getməkdən müvəqqəti çəkinməyi tövsiyə edir. Vətəndaşlar Rusiya Federasiyasına girişdə hər hansı məhdudiyyətin olub-olmadığını əvvəlcədən yoxlamalıdırlar”,- XİN-in bəyanatında deyilir.

Sultan Ayxan