Makron Ukraynaya bu qoşunları göndərəcək

 18:18 02.05.2024     191

Hərbi ekspert Anatoli Matviyçuk Fransa prezidenti Emmanuel Makronun Ukraynaya hansı qoşun göndərə biləcəyi sualını cavablandırıb.

Redaktor.az xəbər verir ki, ekspert bu barədə "news.ru" portalına müsahibəsində deyib.

"Fransa lideri bir müddət əvvəl jurnalistlərə bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukraynada cəbhəni yarıb keçərsə, bu məsələ qaldırıla bilər. Parlamentinin razılığı olmadan Makron Ukraynaya yalnız xarici legionun qüvvələrini göndərmək hüququna malikdir”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu, bütün Avropadan, o cümlədən keçmiş SSRİ ölkələrindən olan muzdluları özündə birləşdirən kifayət qədər döyüşə hazır bir bölmədir.

Bununla yanaşı, Matviyçuk qeyd edib ki, xarici legionda ağır silahlar yoxdur, yalnız səhra artilleriyası, AMX təkərli tankı, həmçinin piyadaların döyüş maşınları və zirehli texnikası var.

Rəqəmlərə gəlincə, nəzəri olaraq Makron Ukraynaya 10 minə qədər hərbçi göndərə bilər. Ekspertin vurğuladığı kimi, bu, “fransızların tam məğlubiyyəti” ilə yekunlaşacaq.

Sultan AYXAN