Ukraynada qadın həkimlər hərbi qeydiyyata alınır
Ukraynada qadın həkimlər də kişilər kimi məcburi hərbi xidmətə cəlb olunur.
Redaktor.az "strana.ua" portalına istinadən xəbər verir ki, müvafiq tələblər bir neçə həftə əvvəl prezident Volodimir Zelenskinin imzaladığı səfərbərlik haqqında yeni qanunda öz əksini tapıb.
Mütəxəssislərin siyahısına stomatoloqlar, tibb bacıları və əczaçılar daxildir.
Bundan əlavə, “biotibb mühəndisliyi”, eləcə də “biotexnologiya və biomühəndislik” sahələri üzrə ixtisas almış qadınlar da hərbi xidmətə yönləndirilir.
Əvvəllər bu, yalnız tibb və ya əczaçılıq təhsili olan qadınlar üçün məcburi idi.
Qalanları bunu öz istəkləri ilə edə bilərdilər.
Qanun mayın 16-da qüvvəyə minir.
Sultan AYXAN