Rusiya Ukraynada kimyəvi silah istifadə edib? - Peskov AÇIQLADI

 18:38 02.05.2024     212

Kreml Rusiyanın Ukrayna Silahlı Qüvvələrinə qarşı kimyəvi silahdan istifadə etməsi ilə bağlı ittihamlara cavab verib

Redaktor.az  xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukrayna Silahlı Qüvvələrinə qarşı kimyəvi silahdan istifadə etməsi ilə bağlı ittihamlar əsassızdır. 

"Bununla bağlı xəbərlər gördük. Həmişə olduğu kimi, bu cür ittihamlar tamamilə əsassız səslənir və heç bir fakta söykənmir”, - Peskov deyib.

Sultan AYXAN