Polşa hərbçiləri Belarusla sərhəddə yaralandı
Polşa-Belarus sərhədində üçüncü ölkələrdən gələn miqrantların qeyri-qanuni daxil olması cəhdlərinin qarşısını alarkən Polşa patrulları iki dəfə hücuma məruz qalıb.
Redaktor.az xəbər verir ki, bu barədə Polşa Sərhəd Xidmətinin qərargahı öz saytında məlumat verib.
Hücumların birində Sərhəd Xidmətinin zabitinin üzünə daşla vurulub və ona tibbi yardım göstərilib. Başqa bir hadisədə də polşalı əsgərin üzünə daşla vurulub.
Ümumilikdə, mayın 1-də Polşaya 113 qanunsuz giriş cəhdi qeydə alınıb, son üç gündə isə 469 belə cəhd olub.
O cümlədən, Ermənistandan üç qeyri-qanuni mühaciri aparan Ukrayna vətəndaşının saxlanıldığı, daha 6 nəfərin Polşa vətəndaşı olduğu bildirilir.
Son günlər bir neçə dəfə Polşa sərhədçiləri əcnəbilərə yardım edib. Xəstəxanaya, ehtimal ki, İrandan olan hamilə qadın da daxil olmaqla, ümumilikdə 10 əcnəbi aparılıb.
Sultan AYXAN