Putin "Crocus"da insanları xilas edən yeniyetmələri təltif etdi

 20:04 02.05.2024     176

Rusiya Prezidenti Vladimir Putinin “Krokus Siti Holl”da terror zamanı insanları xilas edən yeniyetmələr Artem Donskov, Nikita İvanov və İslam Xəlilovun “İnsanları xilas etdiyinə görə” medalı ilə təltif edilməsi haqqında fərmanı imzalayıb.

Redaktor.az xəbər verir ki, sərəncamın mətnində  yeniyetmələr “ekstremal şəraitdə insanların xilas edilməsində cəsarətli və qətiyyətli hərəkətlərə görə” təltif edildiyi bildirilir.

Qeyd edək ki, martın 22-də "Crocus City Hall"da terror aktı və yanğın baş verəndə uşaqlar yanan binadan yüzə yaxın insanı xidməti keçidlərdən çıxara biliblər.

Bundan sonra daha bir neçə yüz tamaşaçı eyni çıxışdan evakuasiya oluna bilib.

Sultan AYXAN