Krım körpüsündə avtomobillərin hərəkəti dayandırıldı

 21:19 02.05.2024     197

Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

"Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq bağlanıb", - məlumatda deyilir.

Körpüdə və yoxlama zonasında olanlardan sakit olmaları və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmələri xahiş olunub.

Yusif EYVAZLI