Rusiyadan Ermənistana pul köçürmələri kəskin şəkildə azalıb
Birinci rübün nəticələrinə əsasən, Rusiyadan Ermənistana pul köçürmələrinin həcmi ötən illə müqayisədə 40 faiz azalaraq 656,6 milyon ABŞ dolları təşkil edib.
Redaktor.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Ermənistan Mərkəzi Bankının pul-kredit siyasəti idarəsinin rəhbəri Hayk Avetisyan bildirib.
Məlumata görə, 2023-cü ilin yanvar-mart aylarında Rusiyadan Ermənistana 1,1 milyard ABŞ dolları daxil olub.
“Bu, qismən ödəniş sistemi ilə bağlı ola bilər. Lakin pul vəsaitlərinin hərəkətinə əhəmiyyətli dərəcədə təsir edən geosiyasi və iqtisadi amillər də daxil olmaqla daha təsirli amillər də var”, - Mərkəzi Bankın sədri Martin Qalstyan dinamikanı şərh edərkən deyib.