Tələbə nümayişləri Baydenin İsrail siyasətinə təsir etməyəcək

 09:16 03.05.2024     793

"Tələbə etirazları İsrail siyasətini dəyişməyəcək".

Redaktor.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu sözləri Amerika prezidenti Co Bayden deyib.

Ölkə rəhbəri qeyd edib ki, amerikalı tələbələrin Fələstin xalqına dəstək nümayişləri Ağ Evi Yaxın Şərqlə bağlı siyasətini dəyişə bilməyəcək.

Prezident əlavə edib ki, шslamofobiya və ayrı-seçkiliyin digər formalarına yer olmadığı kimi, ABŞ-də antisemitizmə və yəhudi tələbələrin təhdidlərinə yer yoxdur.

Humay İSGƏNDƏRLİ