İranyönümlü silahlı qruplaşma İsrailə hücum etdi

 10:19 03.05.2024     155

İraqda yerləşən İranyönümlü silahlı qruplaşma İsrailə bir neçə dəfə qanadlı raketlər vasitəsi ilə zərbə endirib.

Redaktor.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın yaydığı açıqlamada bildirilib.

Məlumata görə, hücum “Arkub” tipli qanadlı raket vasitəsi ilə edilib. Bildirilib ki, ilk dəfə olaraq İsrailin Təl-Əviv şəhəri hədəfə alınıb.

İranın İraqdakı “İslam müqavimət hərəkatı"ndan bildirilib ki, oktyabrın 7-dən onlarla raket və PUA vasitəsi ilə ABŞ-nin İraq və Suriyadakı qüvvələrinə, İsrailin obyektlərinə zərbələr endiriblər.