İllik inflyasiya 70%-ə yüksəldi

 11:30 03.05.2024     184

Türkiyədə illik inflyasiya aprel ayında 69.8%-ə yüksəlib.

Redaktor.az bu barədə Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir. Mart ayında bu rəqəm 68.5% təşkil edib.

 

Məlumata görə, aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 3.18%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 18.72% artıb.

Ötən ilin eyni ayına nisbətən ən az artım 51.20% ilə geyim və ayaqqabı qiymətlərində, ən çox artım qeydə alınan əsas qrup isə 103.86% ilə təhsil sektoru olub.