"2024-cü ildə Ukrayna ordusunun ümumi itkiləri 111 min nəfəri keçib" - Şoyqu
2024-cü ildə Ukrayna Silahlı Qüvvələrinin ümumi itkiləri 111 min nəfəri, 21 min ədəd silah və hərbi texnikanı ötüb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
"Bu il ümumilikdə onlar 111 min nəfəri, 21 min ədəd silah və hərbi texnikanı ötüblər", - deyə o, Rusiya Silahlı Qüvvələrinin rəhbərliyi ilə tematik konfransda bildirib.
T.İSMAYIL