Türkiyə ordusu İraqda 32 terrorçunu məhv etdi

 13:51 03.05.2024     427

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində 32 terrorçu zərərsizləşdirilib.

Redaktor.az xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, İraqın şimalında Haftanin, Gara, Hakurk və Pəncə-Kilit əməliyyatı bölgəsinə havadan zərbələr endirilib.

"Terror təşkilatlarının baş qaldırmasına imkan verməyəcəyik və onların bölgəsində bir nəfər də olsun terrorçu qalmayana qədər qətiyyətlə mübarizəmizi davam etdirəcəyik", - məlumatda vurğulanıb.