Ermənistanın baş prokuroru Paşinyanın həbsini TƏLƏB ETDİ
Baş Prokurorluq Milli Təhlükəsizlik Xidmətinə müraciət göndərərək Baş nazir Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.
Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə bildirib.
“Müraciət sənədlərin, o cümlədən bir sıra əmlak arayışlarının yoxlanılması üçün Milli Təhlükəsizlik Xidmətinə göndərilib, yoxlanışdan sonra cinayət işinin başlanması məsələsi müzakirə olunacaq”, - o deyib.
Bundan əvvəl vəkil Ara Zohrabyan və ehtiyatda olan polkovnik Hayk Nahapetyan Ermənistan Baş Prokurorluğuna cinayətlə bağlı müraciət təqdim edərək Nikol Paşinyanın məsuliyyətə cəlb olunmasını tələb ediblər. Bu, onların Ermənistanın suveren ərazilərinin Azərbaycana təslim olması hesab etdikləri delimitasiya prosesinin başlaması ilə bağlıdır.
T.İSMAYIL