Pakistanda daha bir terror aktı törədildi

 16:51 03.05.2024     196

Bəlucistanın cənub-qərbindəki Xuzdar şəhərində baş verən partlayış nəticəsində ən azı 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə “The News International” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, ekstremistlər şəhərin magistral yollarından birində uzaqdan idarə olunan partlayıcı qurğunu işə salıblar, terror aktı nəticəsində yerli mətbuat klubunun prezidenti, jurnalist Məhəmməd Siddiq Menqal həlak olub. Ən azı 10 nəfər xəsarət alıb, onlardan ikisi xəstəxanada ölüb.

Bəlucistanın daxili işlər naziri Mir Ziaullah Lanqaunun göstərişi ilə Xuzdarda antiterror əməliyyatı keçirilir.

Pakistan Münaqişələr və Təhlükəsizlik Araşdırmaları İnstitutunun məlumatına görə, aprel ayında Pakistanda baş verən hücumların əksəriyyəti Bəlucistan və şimal-qərb Xeyber-Paxtunxva əyalətinin payına düşüb. Terrorçular ötən ay Bəlucistanda 16 hücum həyata keçirib. Onlar 17 sakin və dörd təhlükəsizlik qüvvələrinin ölümü ilə nəticələnib, 30-dan çox adam yaralanıb. Xayber-Paxtunxvada 55 terror aktı törədilib, nəticədə 43 nəfər həlak olub.

Aprel ayında ölkədə silahlıların hücumları nəticəsində həlak olanların ümumi sayı 70 nəfər, o cümlədən 31 polis əməkdaşı olub. Pakistan təhlükəsizlik qüvvələri 55 terrorçunu məhv edib.

T.İSMAYIL