Maskdan ABŞ dollarının ucuzlaşması ilə bağlı XƏBƏRDARLIQ

 21:06 03.05.2024     227

"Ölkənin dövlət borcu problemi həll olunmasa, ABŞ dolları dəyərsizləşəcək".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə İlon Mask "X" (keçmiş "Twitter") səhifəsində xəbərdarlıq edib.

“Biz milli borcumuzla bağlı nəsə etməliyik, əks halda dollar dəyərsiz olacaq”, - o, bildirib. 

Bundan əvvəl Beynəlxalq Valyuta Fondunun büdcə məsələləri departamentinin direktoru Vitor Qaspar bildirib ki, ABŞ-nin dövlət borcunun artması bütün dünyada yan təsirlərə səbəb olur.

Yusif EYVAZLI