ABŞ-nin hərbi yardımı gecikdirməsi Ukraynanın məğlubiyyətinə səbəb ola bilər - Borrell

 22:26 03.05.2024     243

ABŞ-nin Ukraynaya hərbi yardımının təsdiqini gecikdirən altı ay Kiyevin məğlubiyyətinə səbəb ola bilər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Josep Borrell Böyük Britaniyada çıxışı zamanı deyib.

"ABŞ-də siyasi qütbləşmə hərbi yardımın buraxılmasını 6 ay gecikdirdi. Və müharibədə bu, çox vaxtdır, qələbə və məğlubiyyət arasında fərq ola bilər", - Aİ rəsmisi deyib.

T.İSMAYIL