Sudan Prezidentinin Ankarada qəzaya düşən oğlu öldü
Sudan Prezidenti Abdulfettah əl-Burhanın oğlu Mohamed A. Fettah el-Burhan Rahman vəfat edib.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, o, iki ay əvvəl Ankarada motosiklet qəzası edib və xəstəxanaya yerləşdirilib.
Bu gün isə dünyasını dəyişib.
Məlumata görə, Məhəmməd Fettah əl-Burhan Rəhman martın 6-da Çankayada motosikletlə avtomobilə çırpılaraq yaralanıb və Bilkent Şəhər Xəstəxanasında müalicə olunub.