Rusiya şəkər ixracına müvəqqəti qadağa qoydu
Rusiya hökuməti qamış və ya çuğundur şəkərinin və kimyəvi cəhətdən təmiz saxaroza ixracına müvəqqəti qadağa tətbiq edib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin teleqram kanalında bildirilib.
“Məhdudiyyət 31 avqust 2024-cü il tarixinədək qüvvədə olacaq. Qərar daxili ərzaq bazarının sabitliyini qorumaq məqsədi daşıyır”, – NK diqqətə çatdırıb.
Qərarda bir sıra istisnalar nəzərdə tutulur. Belə ki, Avrasiya İqtisadi İttifaqı ölkələrinə müəyyən həcmlərdə şəkər tədarükü mümkün olacaq.
Şəkərin ixracının müvəqqəti yasaqlanması haqqında qərarı İqtisadi İnkişaf və İnteqrasiya üzrə Hökumət Komissiyasının Gömrük, tarif və qeyri-tarif tənzimlənməsi, xarici ticarətdə mühafizə tədbirləri üzrə alt komissiyası aprelin 5-də təsdiqləyib.