"Rəfahda genişmiqyaslı hərbi əməliyyatı dəstəkləyə bilmərik" - Blinken
ABŞ Fələstinin radikal HƏMAS hərəkatının Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə günü ABŞ-nin dövlət katibi Entoni Blinken Arizona ştatının Sedona şəhərində Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı bildirib.
“Hazırda baş verə biləcək ən yaxşı şey, HƏMAS-ın öyrəndiyi razılaşmaya nail olmaq, atəşkəs əldə etmək və girovların azad edilməsidir. Biz HƏMAS-dan cavab gözləyirik. Gözləyirik ki, atəşkəs və girovların azad edilməsi üçün bəli deyəcəklərmi", - o deyib.
Blinkenin sözlərinə görə, “indi reallıq budur ki, Qəzza xalqı ilə atəşkəs arasında dayanan yeganə şey HƏMAS-dır".
Qəzza zolağının Rəfah şəhərində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi zərurətindən danışan dövlət katibi vurğulayıb:
“İsrailin əhalini qorumaq üçün belə bir plan olmadığı halda, biz yəhudi dövləti tərəfindən Rəfahda genişmiqyaslı hərbi əməliyyatı dəstəkləyə bilmərik, çünki onun vuracağı zərər məqbul olandan artıq olacaq”.
Turan İSMAYIL