İtaliya Ukraynaya əsgər göndərəcək? - Nazirdən AÇIQLAMA
İtaliya həmişə öz ordusunun Ukraynadakı münaqişədə birbaşa iştirakının mümkünlüyünü istisna edib.
Redaktor.az "Corriere della Sera"ya istinadla xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Qido Krosetto deyib.
“Mövqeyimiz dəyişmir: biz həmişə demişik ki, Ukraynaya hər cür kömək etmək lazımdır və biz bunu edirik, lakin biz hər zaman hərbi qüvvələrimizin münaqişəyə birbaşa müdaxiləsini istisna etmişik”, - deyə nazir bildirib.
T.İSMAYIL