Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxdı

 13:54 04.05.2024     203

ABŞ-də Demokratlar partiyasının prezidentliyə namizədi Co Bayden seçici dəstəyinə görə respublikaçı Donald Trampdan 10 faiz geri qalır.

Redaktor.az xəbər verir ki, “Rasmussen Reports” sosiologiya kompaniyasının keçirdiyi rəy sorğusuna əsasən, amerikalıların 46 faizi Birləşmiş Ştatların sabiq prezidenti Donald Trampı, 36 faizi hazırkı prezident Co Baydeni, 9 faizi isə müstəqil namizəd Robert Kennedini dəstəkləyir.

Donald Tramp bir ay öncə keçirilən sorğularla müqayisədə əsas rəqibi üzərində üstünlüyünü dörd faiz artırmağa nail olub. O zaman respondentlərin 44 faizi respublikaçıların namizədinə, 38 faizi demokratların namizədinə etimadını ifadə etmişdi.

Aprelin 29-dan mayın 1-dək keçirilən sosioloji tədqiqatda 1,2 min nəfərin iştirak etdiyi bildirilir.

Xatırladaq ki, ABŞ-də növbəti prezident seçkiləri noyabrın 5-nə təyin olunub. Donald Tramp artıq Respublikaçılar partiyasından prezidentliyə namizəd olmaq üçün lazımi miqdarda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Co Bayden isə Demokratlar partiyasından kifayət qədər dəstək alıb.