Ukraynanın keçmiş prezidenti axtarışa verildi - FOTO
Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub.
“1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır”, - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımında bildirilib.