Kirantsdan İrəvana etiraz yürüşü başladı: Keşiş başçılıq edir - VİDEO

 18:43 04.05.2024     153

Ermənistanın “Vətən naminə Tavuş” hərəkatı Tavuş rayonunun Kirants (Günən) kəndindən İrəvana yürüşə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Kirants kəndində çıxış edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan məlumat verib.

Onun sözlərinə görə, Ermənistanın digər rayonları kimi, qonşu kəndlərin sakinləri də yürüşə qoşulmağa hazırdırlar. O, paytaxta gedən yolda yürüş iştirakçılarının sayının durmadan artacağına əminliyini ifadə edib.

Tavuş yeparxiyasının primatı qeyd edib ki, yürüş iştirakçıları mayın 9-da günorta İrəvana çatmalıdırlar.