Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başladı

 21:03 04.05.2024     221

Azərbaycanla sərhədin delimitasiyasına etiraz edən bir qrup erməni Tavuş vilayətinin Kirants kəndindən İrəvana doğru yürüşə başlayıb.

Bu barədə Redaktor.az Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı nümayişə çıxan bir qrup sakin traktorlarla Ermənistan-İran yolunu bağlayıblar.

Xatırladaq ki, Azərbaycan və Ermənistanın sərhədin delimitasiyası üzrə dövlət komissiyalarının 8-ci görüşünün yekunlarına əsasən əldə edilmiş razılaşmalara uyğun olaraq, sərhəddə iki ölkənin ekspert qrupları geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar.