Netanyahu bu şərtlə Qəzzada atəşkəsə hazır olduğunu açıqladı
İsrail Qəzza zolağında atəşkəsdən əl çəkməyib və anklavda saxlanılan girovların azad edilməsi müqabilində hələ də atəşkəslə razılaşmağa hazırdır.
Redaktor.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“İsrail girovları azad etmək üçün döyüşü dayandırmağa hazır idi və hələ də hazırdır. Biz bunu 124 girovumuzu azad etdikdən sonra hərbi əməliyyatlara qayıdanda da etdik. Biz indi də bunu etməyə hazırıq”, - Netanyahu bildirib.