İraq və Suriyanın şimalında 4 terrorçu zərərsizləşdirildi
![](https://img.redaktor.az/news/2024/05/photo_240102.jpg)
Türkiyənin Milli Müdafiə Nazirliyi Pəncə Kilit bölgəsində 3, Fərat Qalxanı bölgəsində isə 1 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Redaktor.az xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən yazılı açıqlamaya görə, terrorla mübarizənin effektiv və qətiyyətlə davam etdiyi bildirilib.
Açıqlamada aşağıdakı məlumatlar yer alıb:
“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Pəncə Kilit bölgəsində 3 PKK terrorçusunu, Suriyanın şimalında isə Fərat Qalxanı bölgəsində aşkar etdikləri 1 PKK/YPG terrorçusunu zərərsizləşdirib”.